Namaz qılan adamın qabağından kim isə keçsə, namaz pozularmı?
Namaz qılan adamın qarşısından kim isə keçsə, namaz pozulmaz. Amma imkan daxilində gediş-gəlişli yerdən kənarda namaz qılmaq məsləhətdir. Eləcə də, kənar adamlar namaz qılanın qabağından keçməsələr yaxşıdır. Əgər gediş-gəlişli yerdə namaz qılmaq məcburiyyəti varsa, onda namaz qılan öz qabağına bir çubuq parçası, əsa, xətkeş, hətta təsbeh və ya ip qoysa kifayət edər. Bu yolla o, niyyətində sanki özünü kənardan izolə etmiş olur.