Yunanıstanın paytaxtı Afinada məscid yandırılıb. Hadisə mayın 23-də qeydə alınıb. Bir qrup maskalı şəxs şəhərdəki müsəlmanların məscid kimi istifadə etdikləri binanın birinci mərtəbəsindəki mənzilin şüşələrini sındıraraq, içəriyə yandırıcı maddələr atıblar. Hadisə nəticəsində 5 banqladeşli yaralanıb.
Qeyd edək ki, Yunansıtanda polislə müsəlmanlar arasında qarşıdurmaların yaranmasına səbəb yunan polisinin Qurani-Kərimi cırması barədə yayılan məlumatlar olub. Yerli polis idarəsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən polis suriyalı iki gəncin maşınında axtarış apararkən içərisində narkotik vasitə olduğu şübhələndiyi bir necə kağızı cırıb. Lakin onlar ərəbcə yazılar olan bu kağızların Quran olduğunu bilməyiblər. /ANS PRESS/