Yunanıstanda polis və ölkədə immiqrant statusunda yaşayan müsəlmanlar arasında toqquşmalar baş verib. ANS PRESS-in Röytersə istinadən yaydığı xəbərə görə, 1.5 min nəfərin iştirak etdiyi mitinqin dağıdılması üçün polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.
Etiraz edənlər parlament binasını mühafizə edən polis işçilərinə daşlar atıblar. Müsəlmanlar Qurana qarşı hörmətsizliyə etiraz ediblər.
Bir müddət əvvəl yunan polis zabitinin suriyalı vətəndaşa məxsus kafedə Qurana qarşı təhqiramiz davranış sərgiləyib.