Namazı başlayarkən təkbirətül-ehramda əlləri qulaqlara kimi qaldırmaq vacibdirmi?
Namazın əvvəlində “Allahü əkbər” demək (buna təkbirətül-iftitah və ya təkbirətül-ehram deyilir) namazın zəruri əməlidir, yəni rükndür. Namaz əməllərinin hər birindən əvvəl və sonra təkbir demək isə müstəhəbdir. Bütün təkbirlər zamanı ovucları açıb yuxarı qaldırmaq və qulaq bərabərində tutmaq da müstəhəbdir. Diqqət yetirin ki, əlləri qulaq və baş müqabilindən daha yuxarıya qaldırmağı bəzi müctəhidlər (məsələn, mərhum Behcət) qadağan etmişlər.
İslam.az