Rusiyanın sabiq Səhiyyə naziri Yuri Şevçenko Rusiya Ortadoks kilsəsində keşiş kimi fəaliyyətə başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 62 yaşlı eks nazir bu vəzifəyə gəlməmişdən əvvəl ruhani məktəbdə iki il din təhsili alıb.
Ruhani vəzifəyə başladıqdan sonra Qeorqi adını qəbul edən sabiq nazir Piroqov adına Milli cərahiyyə mərkəzində, daha əvvəl özünün tikdirdiyi kilsədə fəaliyyətə başlayacaq. /ANS PRESS/