Körpə uşağı əmizdirmək, onun yanını yumaq dəstəmazı batil edərmi?
Uşağı əmizdirmək dəstəmazı batil etməz. Uşağın yanını yumaqla də dəstəmaz batil olmaz. Əgər bu zaman ananın əlləri və ya üst-başı nəcasətə bulaşsa, həmin yeri pak etməsi kifayətdir. Ümumiyyətlə, dəstəmaz aldıqdan sonra adamın bədəni kənardan nəcasətə bulaşsa (istər başqasının sidiyi ya nəcasəti, mənisi ya qanı olsun), dəstəmazı pozulmaz. Hətta dəstəmazlı adamın öz bədəni yaralanıb qanasa, yenə dəstəmazı təzələmək vacib deyil. Bulaşmış yeri yuyub pak etmək kifayətdir.