POPULYARXƏBƏRLƏR

DQİDK sədri Aşura münasibəti ilə başsağlığı verdi, dini icmaları ziyarət etdi

İslam tarixinin ən faciəvi səhifələrindən olan Kərbəla müsibətinin ildönümü – Aşura günü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) sədri Elşad İskəndərov Bakı şəhərində bir sıra dini icmalara baş çəkərək, müvafiq icma rəhbərləri və fəallarına Aşura münasibətilə başsağlığı vermiş, eyni zamanda dünyaya örnək ola biləcək yeni ənənə - xəstələrə qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirmişdir.

İslam.az saytının məlumatına görə, Dövlət Komitəsinin sədri Aşura günü Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması, həmçinin Yasamal rayonu “Xanım Zəhra” və Nəsimi rayonu “Məşədi Dadaş” dini icmalarını ziyarət etmişdir.

Bakının ən izdihamı məscidlərindən olan “Məşədi Dadaş” məscidində Şamu-Qəriban mərasimi zamanı DQİDK sədri bu ibadət ocağına baş çəkərək dindarlarla görüşmüş, onlara İslam tarixinin ən faciəli hadisəsi olan Kərbəla faciəsi münasibəti ilə başsağlığı vermişdir. İcma üzvləri ilə qısa söhbəti zamanı DQİDK sədri Aşura mərasimi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.

Mərasimdə iştirak edən müxbirimizin əldə etdiyi məlumata görə, E.İskəndərov Kərbəla məktəbinin xüsusən Azərbaycanda yaşadılmasının əhəmiyyətinə toxunmuş, bildirmişdir ki, müasir dövrümüzün zalımları olan erməni işgalçıları tərəfindən təcavüzə məruz qalan vətən torpaqları uğrunda minlərlə şəhid vermiş Azərbaycan üçün Aşura, vətən torpaqlarının azadlığına çağırış simvolu kimi xüsusi əhəmiyyət kəsb edir. Kərbəlada cavanlara, yaşlılara, uşaqlara qarşı törədilən faciəni müasir dövrümüzdə erməni işğalçıları Xocalıda törətmişlər.

Komitə sədri Aşura mərasimlərinin eyni zamanda insanlara yüksək vətənpərvərlik ruhunun aşıladığını diqqətə çatdırmış, öz xütbələrində, həmçinin Məhərrəm boyu səsləndirilən moizələrində Qarabağ şəhidlərini yad edən sözügedən icmaların rəhbərlərinə təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, DQİDK sədri artıq ikinci ildir ki, Aşura günü bir sıra icmalara baş çəkərək mərasimlərdə iştirak edən dindarlarla birbaşa ünsiyyət yaradır.

İslam.az-ın özəl mənbələrə istinadən əldə etdiyi məlumata əsasən, DQİDK sədrinin məhz sözügedən icmaları ziyarət etməsinin xüsusi səbəbləri var. Belə ki, bu icmalarda Aşura mərasimləri milli-mənəvi dəyərlərə uyğun olaraq, xürafat elementlərinfən istifadə etmədən keçirilir. Məhz DQİDK mənsublarının xüsusi diqqət yetirdikləri məsələr sırasında da başyarma, zəncirvurma kimi xurafat elementlərinin Aşura mərasimlərində tətbiq edilməməsi, eyni zamanda mərasimlərdə deyilən mərsiyələrin daha çox klassik Azərbaycan ədəbiyyatına mənsub olması, həmçinin qanvermə aksiyalarında fəal iştirak amilləri olmuşdur.

Qeyd edək ki, islam.az-ın müxbirləri gün ərzində Bakınım müxtəlif məscidlərində Aşura məclislərini izləmiş və maraqlı fotoreportaj hazırlamışlar. Eyni zamanda DQİDK sədrinin baş çəkdiyi məscidlərdən də maraqlı fotolar əldə edilib. Həmin fotoları təqdim edirik.

 



Yerləşdirilib:15 Noyabr, 2013  03:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com