Qurani-kərimdə rəcmlə (günahkarı daş-qalaq etməklə) bağlı ayə varmı?
Rəcmlə bağlı Quranda ayə yoxdur. Rəcm (daşqalaq) hökmü Həzrət Mühəmməd Peyğəmbərin (s) sünnəsi vasitəsilə qüvvəyə minib. Bildiyimiz kimi, Quranda olmayan və ya təfsilatı verilməyən hökmləri sünnədən öyrənirik. Qeyd edək ki, bəzi qeyri-mötəbər məlumatlara görə, Peyğəmbərin vaxtında Quranda rəcmlə bağlı ayə olmuş, sonra bu ayə nəsx edilmiş (ləğv edilmiş) və Peyğəmbərin əmri ilə Qurandan çıxarılmışdır. Bu barədə Səhihül-Buxaridə (Etisam kitabı, 7323-cü hədis), Səhihü Müslimdə (Hüdud kitabı, 4418-ci hədis), Sünənü İbn Macədə (Hüdud kitabı, 2553-cü hədis) və s. mənbələrdə rəvayətlər var. Amma bu rəva¬yətlər Quranın təhrifdən uzaq olması prinsıpinə uyğun gəlmədiyi üçün düzgün sayılmır.