Bu il Gəncənin 3 məscidi təmirdən çıxıb. Bu barədə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Bəxtiyar Muradov məlumat verib.
Onun sözlərinə görə təmir olunan məscidlərdə əhalinin rahat ibadəti üçün lazımi şərait yaradılıb. Bundan başqa İdarənin nəzarətində olan bir sıra mədəniyyət obyektləri də təmirdən çıxıb. 4 saylı Uşaq Musiqi məktəbi, Gəncə Dövlət Dram Teatrı, Dövlət Kamera Orkestrinin binası, 2 saylı Mədəniyyət evi, Nizami Gəncəvinin məqbərəsi, Rəsm qalereyasında təmir işləri aparılıb.
Mədəniyyət obyektlərinin təmiri bundan sonra da davam etdiriləcək. //lent.az