Əgər namaz qılmayan adam öz pulu ilə məscid tikdiribsə, orada namaz qılmaq olarmı?
Məscidi tikdirən adamın namaz qılması vacib deyil. Namaz qılmayan adamın pulu ilə tikilən məsciddə də ibadət etmək olar. Bu kifayətdir ki, məscidin yeri qəsbi olmasın, tikintiyə işlənən pul və vəsait halal olsun. Əgər məscidin yerinin və ya tikinti vəsaitinin həqiqətən haram ya qəsbi olduğuna tam yəqinlik olsa, orada namaz qılmaq icazəli deyil. Amma bir daha qeyd edirik ki, bu, tam yəqinliklə məlum olmalıdır, zənn və gümana əsasən hökm vermək olmaz.
Tarixdən maraqlı bir hadisəni diqqətinizə çatdırmaq istərdik. Həzrət Əli (ə) eşidir ki, Müaviyə Şamda öz pulu ilə məscid tikdirib. Bildiyimiz kimi, Müaviyənin hakimiyyəti zülm üzərində qurulmuşdu, onun var-dövləti də başqalarından qəsb edilmişdi. Ona görə Həzrət Əli (ə) Müaviyəyə şeirlə belə bir məktub yazır (şeirin tərcüməsini veririk):
“Sən o qadına bənzəyirsən ki, zina ilə qazandığı pula nar alıb sədəqə verir, xəyanətlə sədəqəni birləşdirir.
Bəsirət və təqva əhli belə qadına deyər: “Vay sənin halına! Nə zina et, nə də sədəqə ver!”