POPULYARXƏBƏRLƏR

Müsəlmanlarla danışıqlarda uğur Obamadan asılıdır – ekspertlər

Ekspertlər hesab edirlər ki, Obamanın Amerika-İslam dialoqu qurmağa səy göstərdiyini nəzərə alsaq, o, müsəlman dünyasının etibarını qazana bilər, lakin bu, yalnız Fələstin-İsrail dialoqu dəstəklənəcəyi, İraq və Əfqanıstanda müharibələr dayandırılacağı təqdirdə mümkün ola bilər.

Ağ Evin rəhbəri Barak Obama iyunun 1-də Misirə səfər edəcək. Onun sözlərinə görə, o, burada müsəlman ölkələri ilə münasibətlərdə gələcək planlarını, həmçinin ABŞ-ın Yaxın Şərq siyasətini açıqlayacaq. Xəbəri Al Jazeera saytı yayıb.

Obama səfər etdiyi ilk müsəlman ölkəsi olan Türkiyədə müsəlman ölkələrini dialoqa çağırmış və bildirmişdi ki, ABŞ "heç vaxt İslam və müsəlmanlara qarşı müharibə aparmayıb" və "ABŞ-ın müsəlman dünyası ilə tərəfdaşlığı təkcə Birləşmiş Ştatların "Əl-Qaidə" ilə mübarizəsi prizmasından qurulmamalıdır". Xəbəri Türkiyənin TRT-2 telekanalı yayıb.

"ABŞ-ın müharibəsi İslama qarşı deyil, terrora qarşı yönəlmişdir", - deyə AFP agentliyi xəbər verib. ABŞ və müsəlman ölkələrinin münasibətləri, birincinin Fələstin ərazilərinin işğalında İsraili dəstəkləməsi səbəbindən gərginləşib. Lakin Corc Buş administrasiyasının Əfqanıstanda "Əl-Qaidə" terror təşkilatı və "Taliban" hərəkatına, daha sonra isə 2003-cü ildə İraqda müharibəyə başlaması gərginliyi ən son həddə çatdırıb. İslam ölkələri liderləri də Buşun ərəb ölkələri ilə münaqişədə olan İsrailə maliyyə və diplomatik yardımını tənqid ediblər. Ağ Evin keçmiş administrasiyası ərəb siyasi xadimlərini və Suriya kimi dövlətləri beynəlxalq terrorizmə dəstəkdə ittiham edirdi.

Lakin Obama Türkiyəyə səfəri zamanı ABŞ-ın müsəlman ölkələri ilə qarşılıqlı hörmət və maraqlara əsaslanan tutarlı bir əməkdaşlıq axtardığına işarə etmişdi. Misirin "Əl-Əhram" qəzetinin siyasi icmalçısı Başşar Əbdul Fəttah Qahirədən telefonla Trend News-a bildirib ki, Obamanın müsəlman dünyasının inamını qaytarmaq şansı var, çünki onun Türkiyəyə, daha sonra Misirə səfəri onun İslam dünyası ilə bağlı niyyətlərində ciddi olduğunu göstərir.

Böyük Britaniyanın Müsəlmanlar Şurası Baş katibinin müavini Davud Abdullah hesab edir ki, müsəlman ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün təkcə dialoqa başlamaq niyyətində olduğunu bəyan etmək kifayət etmir, bunun üçün bu istiqamətdə Amerika qoşunlarının İraqdan çıxarılması və ya Fələstin ərazilərində İsrail nəzarətinin genişlənməsinə son qoymaq kimi fəaliyyətlərin həyata keçirilməsi də vacibdir. "Obama İsrailin Əl-Aqsada bütün müsəlman dünyasında qəzəbə səbəb olan məscid və Fələstin evlərini dağıtması barədə hələ heç nə deməib. ABŞ həmçinin, Əfqanıstanda mülki şəxslərin öldürülməsini dayandırmalı və qoşunlarını İraqdan çıxartmalıdır", - deyə Londondan telefolnla Trend News-a Abdullah bildirib.

Obama prezident vəzifəsinə keçdikdən sonra 2009-cu ilin avqustunda 2011-ci ilədək qoşunlarını İraqdan çıxartmağa başlayacağını bildirib. Lakin Amerika qoşunlarının bir hissəsi yerli təhlükəsizlik qüvvələrinə təlimlərin keçilməsi məqsədi ilə İraqda qalacaq. Merilend Universitetinin (University of Maryland) İslam siyasəti üzrə professoru Çarlz Battervos hesab edir ki, Obama müsəlman ölkələrini öz niyyətində ciddi olduğuna inandırmaq üçün Əfqanıstan və İraqda apardığı siyasəti yenidən nəzərdən keçirməlidir. "Bu, onun [Barak Obamanın] mübarizəni dayandırması və mülki infrastrukturların tikintisinə başlaması deməkdir", - deyə elektron poçt ilə Trend News-a Battervos bildirib.

Müşahidəçilər hesab edirlər ki, Obamanın İslam dünyası ilə münasibətlərdə şansları, fələstinlilərlə sülh danışıqlarında ABŞ-ın İsrailə dəstəyi yenidən nəzərdən keçirəcəyi təqdirdə arta bilər. Ağ Ev rəhbəri dəfələrlə bəyan edib ki, Vaşinqton İsrailin sağçı hökumətinin qarşı çıxdığı müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Battervos hesab edir ki, Obama ABŞ-ın Fələstin ərazilərinin işğal edilməsində İsrailə maliyyə yardımı göstərməkdən imtina etdiyini nümayiş etdirməlidir. "Bu, böyük güc və möhkəm rəhbərlik tələb edir ki,bu keyfiyyət də ABŞ-da yoxdur", - deyə o bildirib.

Konfranslarında Vaşinqtonun yüksək çinli məmurlarının iştirak etdiyi AIPAC iri yəhudi təşkilatı ABŞ-a güclü təsir göstərir. Bundan əlavə, İsrail silahın 97 faizini ABŞ-dan alır. Amerikanın Miçiqan Universitetinin Yaxın Şərq və Şimali Afrika Tədqiqatları üzrə Mərkəzinin direktoru Gntoni Sallivan (Anthony Sullivan) hesab edir ki, İslam dünyası ABŞ-dan İsrail ilə münasibətlərdə balanslaşdırılmış siyasət gözləyir, xüsusilə də, Fələstin-İsrail münaqişəsində. "Fələstin məsələsi İslam dünyasını Qərbdən uzaqlaşdıran əsas səbəbdir. Fələstin-İsrail problemi həll olunarsa, müsəlmanlar indi olduğu kimi ABŞ-a qarşı çıxmazlar, lakin məsələ Obamanın bunu nə zaman və necə edəcəyindədir", - deyə telefonla Trend News-a Sallivan bildirib.

Ekspertlər hesab edirlər ki, Misirin müsəlmanlara müraciət yeri kimi seçilməsi ABŞ prezidentinin İslam dünyası ilə münasibətlərdə uğur əldə etməyə səy göstərməsi deməkdir. Qahirə Fələstin-İsrail münaqişəsindəki bir çox məsələlərdə, həmçinin daxili siyasi siyəsətdə vasitəçidir. İsrail ilə diplomatik əlaqələri olan Misir hökuməti həmçinin, ABŞ-ın regiondakı iri ərəb müttəfiqlərindən biridir. "Misir Yaxın Şərqdə sülh və regionda gələcək sabitlik üçün mərkəzdir. Obama başa düşür ki, Misir İsrailin fələstin və suriyalılarla barışması üçün lazımdır", - deyə Əbdul Fəttah bildirib. Lakin Misirin seçiminin bütün siyasi qruplaşmaların ABŞ ilə münasibətdə Yaxın Şərqə cəlb edilməsi, həmçinin Qəzzə Zolağında baş verən müharibə nəticəsində regionda itirdiyi nüfuzunun geri qaytarılması siyasəti olması istisna edilmir. Dekabr-yanvar aylarında İsrailin Qəzzəyə hücumu zamanı Misir anklavaya humanitar yardımın aparılması üçün Rəffah sərhəd məntəqəsini açmaqdan imtina etmişdi.

"Misir regionda ABŞ siyasətinin mərkəzidir, lakin o, İslam dünyasında nüfuzunu itirir, xüsusilə də Qahirənin yürütdüyü siyasətin nəticəsiz başa çatmasından sonra [Qəzzədə müharibə zamanı]", - deyə Abdullah bildirib. Amerikalı analitik Sallivan hesab edir ki, Obama Misirə regionda sülh və demokratiyanın olması üçün "Müsəlman-qardaşları" İslam təşkilatı da daxil olmaqla, bütün siyasi partiyaların siyasi prosesə cəlb edilməli olduğunu bildirimək istəyir. "ABŞ bütün dünyada demokratiyanın olmasını istəyir, bu o deməkdir ki, zorakılığı dəstəkləməyən hər bir qruplaşma tam olaraq siyasətdə iştirak etmək hüququna malikdir", - deyə Sallivan vurğulayıb.

O əlavə edib ki, ABŞ dünyada demokratiyadan danışırsa, o zaman Obama bu sözlərin həqiqiliyini sübut etmək üçün təkcə öz müttəfiqləri ilə deyil, müsəlman dünyasının bütün tərəfləri ilə dialoqa başlamalıdır.



Yerləşdirilib:18 May, 2009  11:20, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com