POPULYARXƏBƏRLƏR

Saakaşvili dövləti ilə dini sahədə problemlərimiz var idi - “Gürcüstan Müsəlmanları Gənclər Mərkəzi”nin sədri

İslam.az-ın müsahibi “Gürcüstan Müsəlmanları Gənclər Mərkəzi”nin sədri Mir Tağı Əsədovdur. Həmsöhbətimizdən qonşu ölkədə yaşayan müsəlmanların durumu və sair suallara cavablar almağa çalışdıq. Müsahibəni dəyərli oxucularımıza təqdim edirik.

- Gürcüstanda azərbaycanlıların ümumi vəziyyəti necədir?

 

- Gürcüstanda dövlət qanunları bütün millətlərə şamildir, qanun hamı üçün eynidir, istər gürcü olsun, istər azərbaycanlı olsun, istərsə də erməni. Azərbaycanlılara qarşı  aşkar pis münasibət bəslənilmir. Azərbaycanlıların ən çox etiraz etdiyi məsələlərdən biri onlara məxsus torpaqların xarici vətəndaşlara satılmasıdır. İqtisadi vəziyyət bir o qədər ürəkaçan deyil. Gürcüstanda yaşayan azərbaycanlı gənclər ya Türkəyədə, ya da Azərbaycanda işləmək üçün ölkəni tərk edirlər. Gənclərin əsas gəlir yerləri bu iki ölkədəndir. Burada qalan gənclərin bəziləri də təsərrüfatla, maldarlıqla məşğuldurlar.

- Ölkədə dini durum necədir?

- Ökədə dini təhsil verəcək rəsmi təhsil ocağı yoxdur, ancaq mədrəsələr var. Çünki ölkədə müsəlmanların hüquqları qanunla tanınmır. Gürcüstan MDB-dən ayrılan yeganə dövlətdir ki, burada vicdan və din azadlığı haqda qanun hələ də qəbul olunmayıb, üstünlük patriarxiyadadı. Ölkədə başqa dinlər rəsmi tanınmır. Ölkədə rəsmi status almış iki məscid var ki, biri Tiflisdə, biri də Batumidədir. Baxmayaraq ki, Gürcüstanda ümumilikdə 100-ə yaxın məscid var, bunların heç biri rəsmi məscid kimi qeydiyyata alınmayıb. Bu məscidlər ya mədəniyyət evi, ya da şəxsi ev adı altında tikiliblər. Açılan mədrəsələr də qeyri-qanuni açılıb. Dövlət hər zaman bu mədrəsələri bağlaya bilər.

- Dini ayinlərin icrasında sərbəstsinizmi?

- Bu məsələdə heç bir problemimiz yoxdur. Müsəlmanlar Ramazan və Qurban bayramlarını, Məhərrəmlik ayının yas mərasimlərini və digər dini ayinləri rahat keçirirlər. Problem yalnız dini sahədə qanun boşluğundadır.

- Gənclərin dinə həvəsi necədir?

İnsanlar Allaha inanırlar, varlığını qəbul edirlər. Ateistlər demək olar ki, yoxdur. Namaz qılanlar çox olmasa da, amma var. Məhərrəmlik mərasimlərinə istər namaz qılanlar, istərsə də qılmayanlar da qatılırlar. Xüsusi dini əlamətdar günlərdə ehsanlar verilir. Namaz qılanların, xüsusən də gənclərin sayı artmaqdadır.

- Ölkədə dini biliklərini artırmaq istəyənlər hara müraciət edirlər?

- Dini biliklərini artıraraq ali təhsil almaq istəyən gənclər məzhəblərinə müvafiq xarici ölkələrə gedirlər. Məsələn, şiələr İrana gedir, daha çox hənəfi qolunun davamçıları olan sünnilər isə Türkiyəyə gedirlər. Vəhhabilər də az-çox peyda olmağa başlayıblar. Onlar da Səudiyyə Ərəbistanına üz tuturlar. Ölkə daxilindəki mədrəsələr isə akademik səviyyədə təhsil vermir, orta səviyyədə dini biliklər verir. Bu mədrəsələrdə təhsil müddəti 3 ildir. Müvafiq dövlət qanunu olmadığı üçün ölkədə ali dini təhsil ocağı açmaq mümkün deyil.

Dini ədəbiyyatı rahat əldə etmək olurmu?

Ölkə daxilində dini ədəbiyyatın çapına qadağa yoxdur. Xarici ölkələrdən dini ədəbiyyatın gətirilməsində əvvəllər çox ciddi nəzarət olunsa da, hazırda bir az yumşalma hiss olunur.

- Vəhhabilər və ya digər radikal əqidəsi şəxslər ölkədə dini sahədə gərginlik yaradırlarmı?

Yalnız elmi və ya etik davranışlar çərçivəsində gedən mübahisələr zamanı gərginlik yaradırlar. İctimai sabitliyi pozacaq hələ ki, heç bir ciddi qarşıdurmalar olmayıb.

- Sədrlik etdiyiniz mərkəzin fəaliyyəti nədən ibarətdir?

Fəaliyyətimizin əsas meyarı gənclərin elmi və dini düşüncələrini inkişaf etdirmək, qeyri-müsəlmanlarla olan əlaqələri inkişaf etdirmək, vətəndaş haqq və hüquqlarını öyrətmək və təbliğ etmək, treninqlər keçirərək gəncləri və xalqı maarifləndirməkdən ibarətdir. Bizim əsas istiqamətimiz Tiflisə doğrudur. Bəzi yaşlılarımız hələ də hesab edirlər ki, bizim paytaxtımız Bakıdır və gürcülər nə vaxtsa bizləri buralardan çıxaracaqlar və Azərbaycana qayıdacaqlar. Biz bu düşüncənin səhv olduğunu təbliğ etməyə çalışırıq. Buralar bizim, dədə-babalarımızın doğulduğu ana torpaqlardır, vətənimizdir. Azərbaycan dünya azərbaycanlarının dövlətidir. Tiflis izə, biz, Gürcüstan azərbaycanlılarının paytaxtıdır. Və hər bir azərbaycanlı bu düşüncəyə hörmətlə yanaşmalıdır.

-  Mətbuatda Gürcüstan azərbaycanlılarının kütləvi xristianlaşdırılması məsələsi ilə bağlı məlumatlar yayılıb. Bu belədirmi?

Bəli, bu siyasət əsasən Acariya və Batumidə yürüdülür. Acariyada xüsusilə gənclərə təbliğ olunur ki, acarlar guya qədim gürcü xalqıdırlar və onların qanında xristiyan qanı axır və xəmirləri xristianlıqla yoğrulub. Bu cür təbliğatlar nəticəsində adları müsəlman, özləri isə xristian olan şəxslərə çox rast gəlmək olar. Bu məsələdə kilsənin də təsiri var. Kilsə güclü təbliğat aparır. Demokratik ölkədir, onlar öz təbliğatlarını aparırlar, biz də aparmalıyıq. Gənclər xristianlığı qəbul edirsə, demək onlarda İslama qarşı nifrət yaradılıb. Biz bunların qaynağını və həlli yollarını araşdırmaq üçün gənclərlə əlaqədə olmalıyıq, əməkdaşlıq etməliyik. Kilsə təbliğatını televiziya, müxtəlif sektalar, orta məktəblər və digər sosial-ictimai vasitələrlə aparır. Azərbaycan müsəlmanları isə dinlərinə və adət-ənənələrinə bağlıdırlar. Bu təbliğatlar bizlərə qarşı keçərli deyil.

- Gürcüstanda dövlətlə müsəlmanlar arasında münasibətlər necədir?

Saakaşvilinin dövründə bir o qədər yaxşı deyildi. Saakaşvili dövləti ilə dini sahədə problemlərimiz var idi. Müsəlmanlara nəzarət etmək üçün dini idarə yaradılmışdı. İdarəyə də elə rəhbər qoydular ki, dini sahədə heç bir məlumatı yox idi. Bu məsələyə görə bütün azərbaycanlılar Saakaşvili hakimiyyətinə etirazlarını bildirdilər. Təxminən bir il bundan əvvəl bu idarənin fəaliyyətinə qarşı kütləvi nümayişlər keçirildi. Marneuli və Qardabani məscidlərinə öz rəhbərimizi seçdik, bu idarə tərəfindən seçilən şəxsi qəbul etmədik, etməyəycəyik də. Bu idarəyə alternativ olaraq Gürcüstan Müsəlmanlarının Ali Ümumi Dini İdarəsi yaradıldı, lakini onu dövlət hələ də rəsmi qəbul etmir.

 

 



Yerləşdirilib:4 Noyabr, 2013  22:15, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com