Roma Papası XVI Benedikt Yaxın Şərqə səfərinin yekununda israilliləri və fələstinliləri baraşığa çağırıb. O, Romaya qayıdışından əvvəl Tel-Əvivdə etdiyi çıxışında bildirib ki, İsrailin mövcudluq, fələstinlilərin öz dövlətini yaratmaq hüququ tanınmalıdır.
Qeyd edək ki, Roma Papası Yaxın Şərqə səfəri çərçivəsində İoraniya, İsrail və Fələstində olub, yerli dini və siyasi liderlərlə görüşlər keçirib. /ANS PRESS/