Quranda adı çəkilən Zülqərneyn kimdir?
Zülqərneyn Qurani-kərimdə adı çəkilən, peyğəmbər yoxsa övliyalardan olduğu dəqiq bilinməyən şəxsdir. Kəhf surəsində öz ölkəsini ədalətlə idarə edən hökmdar kimi təqdim edilir. Ona Allah dərgahından elm və hikmət bəxş olun¬muşdu. Dünyanın həm qərbinə, həm də şər¬qinə hakim olduğuna görə Ona “hər iki cə¬hətin hökmdarı” mənasını bildirən “zülqər¬neyn” ləqəbi verilmişdi. Əsil adı barəsində məlumatlar fərqlidir. Həzrət İbrahim Peyğəmbərlə (ə) müasir olduğu ehtimal olunur. Yəcuc-Məcuc tayfasının yaşadığı yerə kimi gedib-çıxmış və onların qabağını kəsmək üçün poladdan möhkəm sədd düzəltmişdi. Bəziləri onun Makedoniyalı İskəndər (e.ə. 356-323) olduğunu söyləsələr də, bu fikir səhvdir. Qurani-kərimdə Zülqərneyn mömin kimi təqdim edilir. Halbuki, tarixi qaynaqlar Makedoniyalı İskəndərin bütpərəst olduğunu xəbər verir.