POPULYARXƏBƏRLƏR

Allahşükür Paşazadə: "Deyəsən, Milli Məclisin bəzi deputatlarının nəzir qutularına gözü düşüb..."

"Dövlətin halal və haram məsələsinə qarışmağa ixtiyarı yoxdur"

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya eksklüziv müsahibəsi

- Son vaxtlar Azərbaycanda məscidlərin bağlanması, qanunsuz tikilən məscidlərin sökülməsi hallarına rast gəlinir. Buna münasibətiniz necədir?

- Hansısa məscid qeydiyyata alınmayıbsa, tikilən bina məscid kimi tanınmayıbsa, onun sökülməsini də "məscid sökülür" kimi qələmə vermək düzgün deyil. Gərək məscid tikmək üçün qaydalara, qanunlara riayət edəsən. Digər tərəfdən, harada gəldi məscid tikmək olmaz. Bunun üçün yenə də deyirəm ki, icazə olmalıdır. Mən burada heç bir kampaniya görmürəm. 9 May - Qələbə Günündə "Şəhidlər" məscidinə baxdım. Bu məscid doğrudan da təmirə bağlanıb. Azərbaycan tolerant ölkədir. Bizim tolerantlığımıza heç bir vəchlə kölgə salmaq mümkün deyil.

- Bir neçə gün əvvəl Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edildi...

- Mənə elə gəlir ki, qanuna edilən əlavə və dəyişikliklər müsbət xarakterlidir. Dəyişikliklərin dini təlim, tədris, dini icmaların qeydiyyata alınması və digər məsələlərlə bağlı müsbət nəticələr verəcəyinə inanıram.

- Milli Məclisdə qanunun müzakirəsi zamanı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər səsləndi. Sizcə, buna ehtiyac varmı?

- Biz qeydiyyatdan mərkəz, digər qurumlar isə icma kimi keçib. Bu anlayışların fərqi var. Azərbaycanda İslam dinini təmsil edən Qafqaz Müsəlmanları İdarəsidir. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılmasına ehtiyac görmürəm. Məncə, bu qurumun səlahiyyətləri yetərincədir. Ola bilər ki, hansısa dini ibadət ocaqlarının tikintisi ilə bağlı müəyyən məsələlər bizim idarə ilə razılaşdırılır. Bu isə gələcəkdə Qafqaz Müsəlmanları İdarəsinin lazım olan anda onlara dəstək verməsinə kömək edə bilər.

- Milli Məclisdə rəhbərlik etdiyiniz idarənin ünvana ciddi ittihamlar da səsləndirildi...

- Bu fikirlərin heç biri düzgün deyil. Ən əsası ona görə ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının ehsanlar haqqında qərarı var. Biz bu barədə dəfələrlə çıxışlar etmişik. Hətta mən özüm toy və yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı kifayət qədər müsahibələr vermişəm. Ola bilsin bu sözləri deyənlər həmin faktları eşitməyiblər. O bananı gətirən də, onu yas mərasimində süfrəyə düzən də imkanlı adamlardır. Onların çoxu elə həmin ittihamların səsləndiyi zalda oturmuşdu. Götürüb, siyahıya alaram və göstərərəm ki, kim öz valideynlərinin yasında nə qədər banan verib. Yoxsul adamın bananı haradadır? Belə adamlar heç pomidor, xiyar tapıb ortaya çıxara bilmirlər. Yəni qaydaları pozanlar elə qaydalardan danışanlardır. Digər məsələlərə gəlincə, məsələn, götürək qəbiristanlıqları. Qanunla biz bu məsələyə nəzarət etmirik. Qəbiristanlıqlarda baş verənlər, oradakı mollaların fəaliyyəti dövlətin nəzarətindədir. Bizim bunlardan xəbərimiz yoxdur. Bizim mollalarımız məsciddə oturur və xüsusi icazə əsasında fəaliyyət göstərirlər. Bundan bizə nə? Baxıb görsünlər ki, harada səhv edib, belə vəziyyətin yaranmasına şərait yaradırlar. Nəyə görə orada hansısa məmurun səhvlərindən danışmadılar? Səhvi təkcə dindar etmir, axı...

- Qafqaz Müsəlmanları İdarəsinin kolbasaya halallıq sertifikatı verməsi də ciddi müzakirə və tənqid olunan məsələdəndir...

- Bu məsələdə də ciddi səhvə yol verirlər. Burada söhbət kolbasadan getmir. Kolbasa məhsullarına nəinki Azərbaycanda, bütün İslam dünyasında İranda, Ərəbistanda, o cümlədən Rusiyada da halallıq sertifikatı verilir. Bu sözləri deyənlərin başında hələ də kommunist rejiminin təxəyyülü qalıb. Onlar o qədər donuz əti yeyiblər, elə bilirlər ki, onsuz heç nə yarana bilməz. Biz rəy verdiyimiz məhsulun hər birinə baxırıq və ona cavabdehik. Bu ölkədə din dövlətdən ayrıdır. Nəyin halal və haram olduğunu biz deyə bilərik. Dövlətin halal və haram məsələsinə qarışmağa ixtiyarı yoxdur. Dövlət ancaq sanitar və gigiyenik məsələlərə nəzarət edə bilər.

- Milli Məclisdə nəzir qutularına nəzarət, buraya toplanan vəsaitin xərclənməsi ilə bağlı da müəyyən fikirlər səsləndirildi. Yeri gəlmişkən, bu məsələ zaman-zaman gündəmə gəlir.

- Deyəsən, dünyada baş verən iqtisadi böhrandan Milli Məclisin bəzi üzvləri də zərər çəkib. Ona görə də nəzir qutularına gözləri düşüb. Əgər belədirsə, buyursunlar, bizim nəzir qutularına heç bir ehtiyacımız yoxdur. İki dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, nəzir qutuları yığışdırılsın. Bizim, ümumiyyətlə, nəzir qutularına heç bir qarışacağımız yoxdur. Nəzir qutuları qoyulan məscidlərin icmaları orada toplanan vəsaitlərin xərclənməsinə nəzarət edir. Əgər istəyirlərsə və bunu edə bilərlərsə, özləri bir komissiya yaradıb, nəzir qutuların açılmasında iştirak etsinlər. Mən bu işlərə qarışmıram.

- Parlamentdə Qafqaz Müsəlmanları İdarəsində islahat aparılmasının da vacibliyi vurğulandı...

- Bunu deyən adama sual verirəm ki, "Sən kimsən, mənim işimə qarışırsan?" Din dövlətdən ayrıdır. Onlar ancaq tövsiyə edə bilərlər. Bizim idarənin öz işi və qurultayı var. Biz işimizi qanunlarımız çərçivəsində görürük. Hansı islahatlardan söhbət gedir? Mən də təklif edirəm ki, onların işlərində islahatlar aparılsın. Yaxşı olar ki, başqa sahənin adamları kimi deputatlar da xüsusi geyimdə fəaliyyət göstərsinlər. Məsələn, hərbçiləri öz geyimlərindən tanımaq olur. Yaxşı olar ki, deputatın da xüsusi geyimi olsun və üstündə "deputat" sözü yazılsın. Onlar bu geyimləri geyinib küçəyə, bazara çıxsınlar. Camaat da görsün ki, bunlar deputatdır.

- Sizcə, ünvanınıza səslənən ittihamların son vaxtlar daha da intensivləşməsi nə ilə əlaqədardır?

- Məni yüksəlməmək, məsələn, BMT-də yer tutmamaq üçün xaricdən vurmaq istəyirlər. Bunu isə bizim əlimizlə həyata keçirmək istəyirlər. Bəzi adamlar nə danışdığını belə anlamır. Aramsız olaraq, mənə qarşı bizneslə məşğul olma ittihamları irəli sürülür. Axı, bizim peyğəmbərimiz də ticarətçi olub. Mən isə peyğəmbərin davamçısıyam. Ancaq bu adamlardan soruşmaq istəyirəm sizin əlinizdə sübut varmı? Dediklərinizi fakt şəklində ortaya qoya bilərsinizmi? Lazım gəlsə, bu ittihamları səsləndirənləri məhkəməyə də verə bilərəm. Ancaq mən bunu istəmirəm. Hər şeyi Allah görür, həqiqəti də Ondan yaxşı bilən yoxdur...



Yerləşdirilib:16 May, 2009  11:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com