Ermənistanda ruhani seminariyada təhsil adan tələbə paytaxt İrəvanda yerləşən Göy məsciddəki kitabxanaya getdiyi üçün seminariyadan çıxarılıb. Bu barədə məlumatı Ermənistanın "armtoday.info" saytı yayıb.
Adı açıqlanmayan tələbə məscidə yalnız oradakı kitabxanadan istifadə etmək məqsədi ilə getdiyini bildirib.
Qeyd edək ki, İrəvandakı Göy məscid hamı üçün açıqdır. Məsciddə fars mədəniyyət mərkəzi fəaliyyət göstərir. /ANS PRESS/