Danimarka hökumətinin qərarına görə, qadın sərnişinlər üzərində fotoları olan biletlərini avtobus nəzarətçisinə göstərərkən üzlərini açmalıdırlar. Bu, təbii ki, ilk növbədə başlarını örtən müsəlman qadınlara aiddir. Bu barədə AFP "Arriva" nəqliyyat şirkətinə istinadən xəbər verib.
Hökumət qərarını sürücülərin başları örtülü qadınları avtobusa buraxmaqdan imtina etməsi ilə bağlı qalmaqalların artmasından sonra qəbul edib. Danimarkanın bütün avtobus şirkətləri ümumi qaydaları razılaşdırıblar: bundan sonra üzünü göstərmək istəməyən sərnişin qadınlar yeni bilet almalı olacaqlar.
Qeyd edək ki, ötən il hicabını çıxarmaqdan imtina edən İsveçin 20 yaşlı sakini "Arriva" şirkətinin avtobusundan düşürüldüyü üçün şirkəti məhkəməyə verərək 4 min dollardan artıq kompensasiya ala bilmişdi. Bu ilin aprelində isə Danimarkada anoloji münaqişəyə görə avtobus sürücüsü işdən azad edilib.