Məssi-meyyit qüslü nədir, nə üçün və necə alınır?
Məssi-meyyit, yəni cənazəyə toxunmaq qüslü vəfat etmiş və cəsədi artıq soyumuş adamın bədəninə toxunan zaman alınır. Kişi ya qadın, böyük ya körpə səcədləri arasında fərq yoxdur. Bir daha qeyd edirik ki, bu qüsl soyumuş cənazəyə toxunanda vacib olur. Həmçinin, ölünün yalnız saçına toxunmaq və ya öz saçını ölüyə toxundurmaq qüslə səbəb olmaz. Məssi-meyyit qüslünü adətən ölünün yaxın adamları alırlar. Çünki onlar ölünü yumağa apararkən və qəssalxanada yuyarkən cəsədə toxunmalı olurlar. Cəsədi tam yuyub qurtardıqdan sonra ona toxunmaq məssi-meyyit qüslünə səbəb olmaz, yəni ölünü kəfənləyən adamın məssi-meyyit qüslü alması lazım deyil. Kəfənin üzərindən ölüyə toxunan adam üçün də buna ehtiyac yoxdur. Məssi-meyyit qüslü başqa qüsllər kimi alınır, bircə fərqi bundadır ki, niyyətində məssi-meyyit qüslü almaq niyyət edilir.