POPULYARXƏBƏRLƏR

Tahir Abbaslı: "Yas mərasimlərini dəbdəbəli keçirənlər cəmiyyətin sıravi üzvləri deyil"

Milli Məclisin son iclasında YAP-çı deputat Siyavuş Novruzovun dini mərasimlər, Qafqaz Müsəlmanları İdarəsi haqda dedikləri, həmçinin digər deputatların qəbristanlıqda yerlərin pulla satılması məsələsinə münasibət bildirməsi Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) narazılığına səbəb olub.

Partiyanın sədri hacı Tahir Abbaslı məsələ ilə bağlı belə deyib: "Parlamentin son iclasındakı çıxışlar göstərdi ki, bəzi deputatlar din haqqında təsəvvürləri olmamaqla bərabər, həm də özlərinin bildiklərini cəmiyyətə din kimi təqdim etmək, dindən dərs demək iddiasındadırlar. Hesab edirəm ki, belələri xalqın və dövlətçiliyin vəkili deyillər. Lazımi məqamlarda xalq və dövlətçilik naminə dözümlülük nümayiş etdirə bilmirlər. Bir qrup hakimiyyət təmsilçisinin marağını qorumaqdan ötrü xalqı və dövlətçiliyi çox asanlıqla nəzərə almaya bilərlər".

AİDP sədri bildirdi ki, din problem deyil, əksinə problemin yaranma səbəblərini araşdırıb, onun müalicəsini təşkil edəndir: "Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) kolbasa, sosiska istehsalına hallal məhsul kimi müsbət rəy verməsinin tənqid olunması və bunları dinin problemi kimi təqdim etmək cılızlıqdır. Birincisi, yas mərasimlərini dəbdəbəli keçirənlər cəmiyyətin sıravi üzvləri deyil. Müşahidə etsək görərik ki, belələri elə iqtidar mənsublarının, parlamentdə təmsil olunanların arasındadır. QMİ-nin rəy verməsinə gəlincə, mən burada bir problem görmürəm. Problem ondadır ki, bu gün dindarlar halal məhsul tapmaqda çətinliklə üzləşiblər. Məncə bu məsələnin qabardılmasında hansısa qrupun biznes marağı mühum rol oynayıb. Görünür kimlərinsə istehsal etdiyi kolbasa, sosiska bazarda yaxşı getmədiyindən bu məqamı Milli Məclis səviyyəsində qabardıb və müzakirəsinə nail olmağa çalışıblar".

AİDP sədrinin sözlərinə görə, qəbristanlaqda yerlərin pulla satılması kimi, cəmiyyətdə narahatlıq yaradan problemin Milli Məclisdə qaldırılması və bunun dinin problemi kimi təqdim olunması yanlışdır. "Bu əslində dinsizlik problemidir. Yerlərin pulla satılması, qəbristanlıqlarda dəbdəbəli baş daşlarının qoyulması dinin problemi ola bilməz və dini təlim-tərbiyə almış insanlar bu prosesə razılıq verməzlər və vermirlər də."

T.Abbaslı digər tərəfdən onu da vurğuladı ki, Neft Akademiyasında baş verən qanlı olay fonunda, eləcədə məscidlərin dağıdılması, bağlanması kimi məsələlər cəmiyyətin yaddaşında həkk olunduğu bir vaxtda bu cür ünvanlı problemlərin qaldırılması və dindarlara minnət vurulması zəiflikdir: "Özlərinin hakimiyyət maraqları naminə, xalqın və dövlətçiliyin maraqlarını arxa plana keçirmək, orta bir xətt tapmamaq indiki halda cinayət hesab olunmalıdır. Hesab edirəm ki, mənsubların etdiyi bu hərəkətlər xalqa, dövlətçiliyə zərbədir, torpaqların azad olunması kimi məsələlərdə ruhiyyənin zəiflədilməsinə xidmət edir".

T.Abbaslı sonda onu da qeyd etdi ki, son vaxtlar bu cür məsələlərin tez-tez hallandırılması, belə ki, məscidlərə təzyiq göstərilməsi, dini mərasimlərlə bağlı parlament səviyyəsində mənfi fikrlər səsələndirilməsi keçmişimizlə bu günümüzün bağlantısı olan məqəddəs məkan və məqamlara səlib yürüşünün tərkib hissəsi kimi qiymətləndirilə bilər.



Yerləşdirilib:13 May, 2009  10:45, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com