Almaniyada doğulmuş Papa 16-cı Benedikt heç vaxt Hitlerin gənclər təşkilatında olmayıb. Bu barədə Vatikanın mətbuat katibi Federiko Lombardini deyib.
Onun sözlərinə görə, o vaxt 16 yaşı olan gələcək Papa dini seminariyada oxuyurdu və hava hücumundan müdafiə eskadronun üzvü idi, onun nasizmlə heç bir əlaqəsi olmayıb. Lombardi deyib ki, o, bununla mətbuatda gedən yalanlara son qoymaq istəyir.
Ancaq Lombardinin dedikləri 16-cı Benediktin öz müsahibələrində dəfələrlə dediyi ilə düz gəlmir. Benedikt özü deyirdi ki, o, öz iradəsinin əksinə olaraq Hitlerin gənclər təşkilatının məcburi üzvləri sırasında olub. // Azadlıq Radiosu