Neft Daşlarında çalışan fəhlələrdən birinin "Azadlıq" radiosuna verdiyi məlumata görə, ərazidəki məscidin uçurulacağı barədə xəbər yayılıb. Bu da fəhlələrin narazılığıyla qarşılanıb.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə bu məsələdən xəbərsiz olduğunu deyir. Onun sözlərinə görə, Neft Daşlarının 60 illiyinə hazırlıqla bağlı hazırda orda bərpa və yenidənqurma işlərinə başlanılıb.
"Mən dəqiq bilmirəm məscid məsələsi nədir, amma ola bilər ki, proqram çərçivəsində orda iş gedir. Ola bilməz ki, məscidi uçursunlar".