Xəbərə görə may ayının 2-dən 3-ə keçən gecə Krımın Skalistoye kəndində bir müsəlman qəbiristanlığına hücum edilib. Baxçasaray Krım Tatar Parlamentinin sədri Əhməd Çiygoz bir necə qəbrin baş daşının dağıdıldığını və rəngləndiyini deyir.
Onun fikrincə bu, planlı bir hərəkət deyil. "Həmin gün işçi bayramı idi. Ola bisin ki, bunu edən sərxoş adamlar olub".
Xatırladaq ki, daha əvvəl 9 may 2008-ci ildə Seyidlər kəndindəki, 11 aprel tarixində Əkməscid kəndindəki müsəlman qəbristanlığı dağıdılmışdı. 200-dən çox başdaşı təxribatın qurbanı olmuşdu. //Dəyərlər