POPULYARXƏBƏRLƏR

Qamət Süleyman: "Polisə müqavimət adı ilə tutulan qardaşlarımızdan heç bir xəbər yoxdur"

"Mayın 3-də polisə müqavimət adı ilə tutulan qardaşlarımızdan heç bir xəbər yoxdur. Onların harada saxlanıldığını belə bilmirik". Bunu "Media forum" saytına "Nərimanov rayon dindarları" Dini İcmasının rəhbəri Qamət Süleyman deyib.

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhərində əməliyyat keçirərkən "Nərimanov rayon dindarları" Dini İcmasının 10 üzvünü saxlayıb. Abşeron Rayon Məhkəməsi dindarlardan 6-nı 10 gün, 4-nü isə 7 gün müddətinə həbs cəzasına məhkum edib.

Q.Süleymanın sözlərinə görə, hadisə icma üzvlərinin birinin evində baş verib: "Qardaşlarımızdan birinin oğul övladı dünyaya gəlib. Bu münasibətlə qoyun qurbanı kəsib və qonaq dəvət edib. Həmin məclisə mən də dəvət edilmişdim, amma səfərdən təzə gəldiyimə, çox yorulduğuma görə məclisə gedə bilmədim. Sonra xəbər gəldi ki, həmin məclisdə olanların, elə ev sahibi ilə bərabər 10 nəfəri həbs ediblər. İnanmıram ki, onlar polisə müqavimət göstərsinlər".

İcma rəhbərinin bildirdiyinə görə, həbs edilənlərdən ikisi Mədinədə təhsil alıb: "İndiyə qədər belə hallara daha çox paytaxtdan kənarda, regionlarda rast gəlinirdi. Artıq bu fakt göstərir ki, saqqal saxlayan dindarların həbs edilməsi ənənəsinə Bakıda, onun ətrafında tez-tez rast gəlinəcək".

Q.Süleyman həbs olunanlardan 5-6 nəfərin saqqal saxladığını da deyib: "Onlara təzyiq olunub-olunmaması saxlanılan şəxslərin azadlığa buraxılmasından sonra məlum olacaq. Görək onların üzləri qırxılıb, ya yox".

İcma rəhbəri hesab edir ki, həm mətbuatda, həm də cəmiyyətdə saqqal saxlayan bütün din adamlarının "vəhabi" adlandırılmasının iki səbəbi ola bilər: "Bunlardan birincisi bu barədə məlumat yayan insanların dini savadlarının aşağı olmasi ilə bağlıdır. İkinci səbəb bəzilərinin qərəzli şəkildə belə xəbər yaymasıdır. Biz vəhabi deyilik, bu təriqətlə heç bir əlaqəmiz yoxdur. Dövlətimizi, xalqımızı sevir, ona hər mənada hörmətlə yanaşırıq".

Q.Süleyman icma üzvlərinin tez-tez saxlanılması ilə bağlı dəfələrlə hüquq müdafiəçilərinə, hüquq mühafizə orqanları rəhbərlərinə müraciət etdiklərini deyib: "Lakin indiyə qədər heç bir əhəmiyyəti olmayıb, yenə də saqqallı görən kimi onu polisə müqavimət adı altında həbs edirlər. Hərdən həmin adamların valideynləri, yaxınları bu məsələni şişirtməkdən də ehtiyatlanırlar".

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Q.Süleymanın sözlərini əsassız hesab edir. O, qeyd edib ki, dəfələrlə dini icma üzvlərinin saxlanılması faktları ilə bağlı ona müraciət olunub, o da bunu araşdırıb, onların saxlanma yerlərində olub: "Din azaddır. Ölkəmiz də müsəlman ölkəsidir. Düzdür, dəfələrə belə hallar baş verib, hüquq mühafizə orqanı əməkdaşları dindarların saqqallarını qırxıb. Onu da etiraf etmək lazımdır ki, Azərbaycanda vəhabilərə yaxşı baxmırlar. Mən də belə qatı radikal dini qruplaşmalara qarşıyam. Amma bu o demək deyil ki, hər küçəyə çıxan saqqallı adamı tutub təhqir edəsən. Bunun əleyhinəyəm".

E.Behbudov dəfələrə hüquq mühafizə orqanları rəhbərləri qarşısında dini icma üzvlərinə olan münasibətlə bağlı məsələ qaldırıb: "Əgər kimsə cinayət törədibsə, bunun cəzasını çəkməlidir. Amma hətta vəhabi təriqətindəndirsə, buna görə onu həbs eləmək insan azadlığının məhdudlaşdırılması deməkdir. Heç kəsin dini baxışlarını əlindən almaq olmaz. Biz demokratik dövlət qururuqsa, onun qanunları da demokratik olmalıdır və ona əməl edilməlidir. Əlbəttə ki, belə faktlar xoşagəlməzdir".



Yerləşdirilib:9 May, 2009  14:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com