Avropa müsəlmanları yaşadıqları ölkələrə, oraların ümumi ictimaiyyətindən daha sadiqdirlər. Bu, Gallop təşkilatının və Coexist Fondunun dərc etdirdiyi yeni hesabatda deyilir.
Coexist Fondu yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı anlaşmanı irəli çəkən bir təşkilatdır.
Hesabat əsasən diqqəti Britaniya, Fransa və Almaniya cəmiyyətlərinə yönəldir.
BBC müxbiri Rob Brumbi xəbər verir ki, bu tapıntı təəccüb doğurur. Çünki 11 sentyabr hadisələrindən sonra şərhçilər
dəfələrlə Avropa müsəlmanlarının yaşadıqları ölkələrə sədaqətini şübhə altına almışdılar. Amma yeni sorğu göstərir ki, müsəlmanların dörddə üçü özlərini Britaniyaya və onun institutlarına aid edirlər. Bu isə adi ictimaiyyətin sadiqliyindən daha çoxdur.