Bakı Apelyasiya Məhkəməsində "Yəhova şahidləri" dini icmasının bir qrup üzvünün Daxili İşlər Nazirliyi (DİN), Xətai rayon Polis İdarəsi və həmin idarəsinin 34-cü Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə keçirilməli olan proses təxirə salınıb.
Lent.az-ın məlumatına görə, icma üzvləri qarşı tərəflərdən üzr istəmə, maddi və mənəvi ziyanın ödənilməsi və polis əməkdaşları barəsində intizam tədbirlərinin görülməsini istəyir.
İddiaçı qismində Niftəliyev Rəşad Hüseyn oğlu, Niftəliyeva Jalə Hüseyn qızı, Əliyeva Aliyə Fərhad qızı, Əliyev Eldar Fərhad oğlu, Məmmədova Mehriban Fikrət qızı, Miriyeva Kəmalə Fazil qızı, Hüseynova Kəmalə Ağamoğlan oğlu, Qurbanova Təranə Ağadadaş qızı, Təhməzov Emin İlham oğlu, Moroz Natalya Viktorovna, Quliyev Elçin Elxan oğlu, Qurbanov Zaur Ağadadaş oğlu, Muxtarov Roman Qəhrəman oğlu, Mikayıllı Telman Mərdan oğlu, Mikayıllı Leyla Mərdan qızı, Mikayıllı Reyhanə Yusif qızı, Hüseynova Günay İsa qızı, Moroz Leonid Aleksandroviç, Stepanov Kiril Aleksandroviç və Hüseynov Bəhruz Ramazan oğlu çıxış edir.
Məhkəmə işi hakim Əhməd Həsənovun icraatındadır.
Qeyd edək ki, ötən il Bakıda "Yeddinci günün adventistləri", Gəncə və Sumqayıt şəhərlərində isə "Yəhova şahidləri" dini icmalarının üzvləri polis tərəfindən saxlanılıb, icmaların təsdiq olunan nizamnamələri ilə onların müvafiq fəaliyyət ərazisi müəyyən edilib və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
Proses mayın 21-də keçiriləcək.