Murdar qida yemiş toyuq-cücənin ətini yemək olarmı?
İnsan nəcasətini yemiş heyvanın ətinin və südünün təmizlənməsi üçün istibra adlı şərti yerinə yetirmək lazımdır. Yəni nəcasət yeyən heyvanı bir müddət qapalı yerdə saxlayıb, ona pak yem verirlər. Dəvə üçün bu müddət 40 gün, inək üçün 20 və ya 30 gün, qoyun-quzu üçün 10 gün, qaz və ördək üçün 7 ya 5 gün, toyuq-cücə üçün 3 gündür. Müddət başa çatdıqdan sonra heyvan təmizlənmiş sayılır, onun ətini yemək, südünü işmək olar. Heyvanın peyini də bundan sonra murdar sayılmaz, yəni onun peyininə bulaşan şeyi təmizləmək kifayətdir, pak etməyə ehtiyac yoxdur.