Kəbin kəsiləndə və təlaq veriləndə qadının heyz halında olması kəbini və təlağı pozurmu?
Kəbin kəsilən zaman qadının heyz halında olmasının maneçiliyi yoxdur və kəbin düzgündür. Amma təlaq verilən an qadın heyzli və ya nifas halında olmamalıdır, əks halda təlaq batil sayılır. Həmçinin, əgər qadın heyzdən paklandıqdan sonra kişi onunla yaxınlıq etmişsə, növbəti heyz dövrünə kimi ona təlaq verə bilməz; qadının növbəti heyz halını başa vurub paklanmasını gözləməlidir ki, ona təlaq versin. Bu, cəfəri məzhəbində şərtdir. Əhli-sünnə məzhəbınə görə, bu şərtin pozulduğu təlaq bidət təlağı adlanır. Bu halda kişi günah qazanmış olur, amma təlaq qüvvədə qalır.