Məscidi silib-süpürmək, məsciddə xidmət etmək savabdırmı?
Bu, çox böyük savabdır. Allahın evində təmənnasız xidmət etmək, ibadət etməyə gələnlərin qulluğunda durmaq insana hədsiz savab gətirər. Övliyalar, alimlər həmişə bu yolla gediblər. Böyük şairimiz Füzuli Kərbəlada İmam Hüseynin (ə) hərəmində xuddamlıq (xidmətkarlıq) edib, ziyarətə gələnlərin qulluğunda durmağı özünə şərəf bilib. Səhihül-Buxaridə və Sünənü Əbu Davudda rəvayət edilir ki, Peyğəmbər məscidində təmizlik işləri ilə məşğul olan bir zənci (bunun kişi ya qadın olması dəqiq məlum deyil) vəfat etdi. Peyğəmbər bir neçə gün onu görmədiyi üçün harada olduğunu soruşdu. Dedilər: “O vəfat edib”. Həzrət buyurdu: "Bəs nə üçün mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin". Sonra o həzrət xidmətçının qəbri üzərinə gedib, onun günahlarının bağışlanması üçün namaz qıldı.