Şiə məzhəbinə görə də namazların sünnətləri varmı?
Bəli, şiə məzhəbində də namazların müstəhəb əlavələri var. Bunlara nafilə namazları deyilir. Nafilə namazları 34 rükət qılınır. Sübh namazının nafiləsi – fərzdən əvvəl 2 rükət, zöhr və əsr namazlarının hər birinin nafiləsi – fərzdən əvvəl 8 rükət, məğrib namazının nafiləsi – fərzdən sonra 4 rükət, işa namazının nafiləsi – fərzdən sonra 2 rükət (oturmuş halda qilınması müstəhəb olduğu üçün bir rükət sayılır), gecə namazının nafiləsi – 11 rükətdir (bunun 8 rükəti nafilə niyyəti ilə qılınır, 2 rükət şəf namazı, 1 rükət vitr namazıdır). Cümə günləri nafilə namazlarına daha 4 rü-kət də əlavə edilir.