Saytımızın hörmətli izləyicilərinin nəzərinə!
“Saytımızın qonağı” bölməsinin növbəti qonağı “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri, ilahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu olacaq. Qonaq oxucularımızı maraqlandıran ictimai, dini suallara cavab verəcəkdir. Noyabrın 1-i də daxil olmaqla Hacı Elşənə olan suallarınızı [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Nəzərinizə çatdıraq ki, şəri suallar saytımızın “Sual-cavab” bölməsində cavablandırılır, ona görə də qonaq rubrikasına cari, gündəlik şəri suallarla bağlı müraciət etməməyi, əsasən geniş izahata ehtiyacı olan, aktual, müxtəlif yanaşma tələb edən suallar göndərmənizi tövsiyyə edirik.
Əvvəlcədən hər birinizə təşəkkürümüzü bildiririk.