Dəstəmazda ayağa məsh çəkildikdə ayağı yuxarı qaldırmaq olar, yoxsa ayaq mütləq yerdə olmalıdır?
Məsh çəkən zaman ayağı yerdən yuxarı qaldırmaq olar, hətta ayağı üfüqi vəziyyətdə saxlamağa da ehtiyac yoxdur. Amma əvvəla, gərək ayaq havada asılı qalmasın, nəyinsə üstünə qoyulsun, yəni nəyə isə dayaqlansın. Məsələn, ayağı kətilin üstünə qoymaq, bir ayağı o biri ayağın üzərinə və ya dizin üzərinə qoymaq da olar. İkinci şərt budur ki, gərək məsh zamanı ayaq tərpənməsin, əl tərpənsin. Yəni əli hərəkət etdirib ayağın üzərinə sürtmək lazımdır. Əli sakit saxlayıb ayağı ona sürtmək olmaz, bu halda dəstəmaz batildir.