"Yəhovanın Şahidləri" Dini İcmasının 21 üzvü Xətai rayon Polis İdarəsinə qarşı iddia qaldırıb. İddiada Dini İcmasından mətbuat vasitəsilə üzr istənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, polis əməkdaşları barəsində intizam tədbirləri görülməsi tələb olunur.
"Yəhovanın Şahidləri" Dini İcmasının 21 üzvü üzvü Xətai rayon Polis İdarəsi və qeyrilərinin üzr istəməsini tələb edir. ANS PRESS-in məlumatına görə, dini icmanın 21 üzvü - Rəşad Niftəliyev, Jalə Niftəliyeva, Aliyə Əliyeva, Eldar Əliyev, Mehriban Məmmədova, Kəmalə Miriyeva, Kəmalə Hüseynova, Təranə Qurbanova, Emin Təhməzov, Natalya Moroz, Elçin Quliyev, Zaur Qurbanov, Roman Muxtarov, Telman Mikayıllı, Leyla Mikayıllı, Reyhanə Mikayıllı, Günay Hüseynova, Leonid Moroz, Kiril Stepanov və Bəhruz Hüseynov Xətai rayon Məhkəməsində bu tələblə iddia qaldırıblar. Məhkəmə iddianı təmin etməyib.
Məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verən dini icmanın üzvləri Xətai Rayon Polis İdarəsi və qeyrilərinin "Yəhovanın Şahidləri" Dini İcmasından mətbuat vasitəsilə üzr istənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, polis əməkdaşları barəsində intizam tədbirləri görülməsini tələb edirlər. Apellyasiya şikayətinə mayın 7-də hakim Həsən Əliyevin sədrliyi ilə baxılacaq.