Cümə namazını evdə tək halda qılmaq olarmı? Qadınlar belə edə bilərlərmi?
Cümə namazı camaat halında qılınmalıdır, tək halda qılınması caiz deyil. Cümə namazında imamdan əlavə, hənəfi məzhəbinə görə ən azı daha 3 nəfər, şafii və hənbəli məzhəblərinə görə 40 nəfər, maliki məzhə¬binə görə 12 nəfər, cəfəri məzhəbinə görə 4 nəfər iştirak etməlidir. Qadınların iştirakına gəlincə, ümumiyyətlə, qadınlara cümə namazı qılmaq vacib deyil (heç bir məzhəbdə). Ona görə də onların evdə cümə namazı qılmaları düzgün deyil.