Rusiya İnformasiya Mədəniyyət Mərkəzi mayın 1-də Bakıda Müqəddəs Pasxaya həsr olunmuş tədbir keçirəcək. Tədbirdə Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr, digər dini icmaların, eləcə də Rusiyanın Azərbaycandakı səfirliyinin, həmvətənlərin ictimai təşkilatlarının, İsmayıllı, Qəbələ və Şamaxı rayonlarının icmalarının nümayəndələri iştirak edəcəklər.
Tədbir çərçivəsində nümayəndələrinin Azərbaycanda yaşadığı müxtəlif xalqların dini və bayram kulinariyasının nümunələrinin sərgi müsabiqəsi də keçiriləcək.