Topaz oyunları haramdırmı?
Bildiyimiz qədər, topaz – bəzi idman oyunlarının (xüsusilə, futbol yarışlarının) nəticəsini qabaqcadan proqnozlaşdırmaq və hansı komandanın udacağını təxmin edib, ona “pul qoymaq” prinsipinə əsaslanır. Bu, qumarın bir növüdür. Futbol və sairə oyunlara, at yarışlarına pul qoyub kimin udacağı barədə mərc gəlmək haramdır. Bu yolla qazanılan pul da haram hökmündədir. Bu kimi haram oyunları oynamaq, izləmək və onların həyata keçməsinə vasitə olmaq günahdır.