Səcdə zamanı burnun da yerə dəyməsi vacibdirmi?
Əhli-sünnə məzhəblərində səcdə zamanı burun da yerə dəyməlidir. Hənəfilər üzrsüz səbəbə burnun yerə dəyməməsini məkruh bilirlər. Hənbəli məzhəbində isə səcdə zamanı burnu da yerə qoymaq fərz sayılır və bunsuz səcdə gerçəkləşmir. Cəfəri məzhəbində səcdə edənin burnunu yerə qoyması vacib deyil, müstəhəbdir. Bunun üçün hətta bəziləri böyük möhürün üzərində səcdə edir və ya bir möhrü alınlarının, başqa bir möhrü da burunlarının altına qoyurlar.