Yolda – nəqliyyat vasitəsində namaz qılmağın qaydası necədir?
Əgər vaxtın azlığı üzündən avtobus, qatar, gəmi, təyyarə kimi nəqliyyat vasitələrində namaz qılmaq lazım gəlsə, imkan çərçivəsində nəqliyyat vasitəsi hərəkətsiz durduğu halda (məsələn dayanacaqda) namazı qılıb bitirmək məsləhətdir. Bu mümkün olmasa, hərəkət zamanı insan özünü tənzimləməlidir ki, yıxılmasın və ya sağa-sola çox əyilməsin. Çünki namaz qılan zaman bədənin aram olması lazımdır. Qibləyə gəlincə, çalışıb namazı marşrutun o yerində başlamaq lazımdır ki, namazı bititrənə kimi nəqliyyat vasitəsi bir düz xətt boyunca getsin və insan qiblədən dönməsin. Əgər namaz zamanı nəqliyyat vasitəsi qiblədən dönsə, imkan daxilində insan da qiblə istiqamətində dönməlidir. Bunu dəqiqilıklə yerinə yetirə bilməsə, bacardığı kimi, fərq 90 dərəcədən çox olmamaq şərti ilə qibləni izləməlidir.