Azərbaycan dilində: İlahi! Muhəmməd və onun soyuna salavat göndər və bizi bu günümüzdə və bu gecəmizdə və bütün vaxtlarımızda xeyir iş görməyə, şərdən uzaq olmağa, nemətlərə şükr etməyə, sünnətlərə itaət etməyə, bidətlərdən uzaqlaşmağa, yaxşılığa dəvət etməyə, pislikdən çəkindirməyə, İslamı qorumağa, batilin eybini axtarıb onu zəlil etməyə, haqqa yardım edib onu əziz tutmağa, haqq yolundan azan şəxsi hidayət etməyə, zəifə yardım etməyə və zülm görənə pənah verməyə müvəffəq et...
Ərəbcə: (Allahummə salli alə Muhammədin va Alih va vaffiqna fi yavmina haza va leylətina hazihi fi cəmii əyyamina listimalil-xeyri, va hicraniş-şərri, vattibais-sünən, va mücanəbətil-bidəi, val-əmri bil-məruf, vannəhyi anil-munkəri, va hiyatətil-İslami, vantiqasil-batili va idlalihi, va nusratil-haqqi va izazihi, va irşadid-dalli, va muavənətid-daifi, va idrakil-ləhifi...)
(Səhifeyi-Səccadiyyə, 6-cı dua)