İtaliyada hazırlanan bir reklam çarxı xristianların və Vatikanın qəzəbinə səbəb olub. Belə ki, bir dondurma firması tərəfindən hazırlanan reklam çarxında rahib və rahibə öpüşərkən göstərilib və "öpüş kimi başdan çıxarıcı" şüarından istifadə olunub.
Reklama etiraz edən rahibələr, "din xadimi xanımların bu şəkildə göstərilməsinin heç bir izahı ola bilməz" deyiblər. Dindarlar reklam çarxının yayınının dayandırılmasını tələb edib, ölkə ictimaiyyəti isə Reklam stanmdartları idarəsinə zəng vuraraq reklama etirazlaranı bildiriblər. Şirkətin reklam müdiri isə, məqsədlərinin rahibələri təhqir etmək olmadığını bildirib. "Çox xoş niyyətlə və estetik hazırlanmış reklamdır. Məqsədimiz dindarları təhqir etmək olmayıb. Sadəcə olaraq bu ləzzətin ən qüvvətli iradəni də əridəcək qədər güclü olduğunu göstərməyə çalışdıq".