POPULYARXƏBƏRLƏR

İlahiyyatçılar seçkilər barədə: "Seçkiqabağı vədlər verənlərin səmimiyyəti seçkilərdən sonra bilinəcək"

"Həqiqətən də zamanında Azərbaycanda dindarların haqqı tapdalananda, məscid problemi və ya hicab məsələsi ortaya çıxanda o adamların səsi heç çıxmırdı"

2 oktyabr tarixində Bakı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icma rəhbərləri üçün nəzərdə tutulmuş növbəti regional konfrans keçirildi. Konfransda çox sayda icma rəhbərləri və ruhanilərin iştirak etməsindən istifadə edərək, müxbirimiz onlardan bəzilərinin ölkədəki dini durumla əlaqədar fikirlərini, gözlənti və proqnozlarını, yaxın günlərdə baş verəcək növbəti prezident seçkilərində dindarların iştirakı ilə bağlı fikirlərini öyrənməyə çalışıb. Həmin müsahibələrdən seçmələri hissə-hissə nəzərinizə çatdırırıq.

1-ci hissə:

Qarşıdan gələn prezident seçkilərində dindarlarn iştirakı, bəzi siyasi qrupların dindarları cəlb etmək üçün verdiyi vədlər və dindarların onlara səs vermələrinin bir dini vacibat olması haqda çağırışlarına münasibət barədə müraciət etdiyimiz icma rəhbərləri və ruhanilərin fikirləri.

Zaur Məmmədov, Xaçmaz Rayon Təzə Şəhər Məscidi İmamı.

- Müsəlmanlar özlərinə rəhbər seçmək məsələsinə laqeyd yanaşmamalıdırlar. Allah Quranda buyurur ki, “Allaha, Rəsuluna və sizlərdən olan əmr sahiblərinə itaət edin”. İslam dini Allahdan başqasını hakim bilmir. Amma tək hakim olan Allah tək özünə deyil, göndərdiyi elçilərə və əmr sahiblərinə də itaət edilməsini tələb edir. Əmr sahibləri həm peyğəmbərin Əhli-beyti ola bilər, həm də hər bir xalqın özü üçün seçdiyi ədalətli rəhbər ola bilər. Burada heç bir təzad yoxdur. Həzrət Əli (s) “Nəhcül-Bəlağə”də 40-cı xütbəsində buyurur ki, hər bir cəmiyyətə istər yaxşı, istərsə də pis bir rəhbər mütləq lazımdır. Hətta pisi də qeyd edir. Pis olsa belə bir rəhbər mütləq lazımdır. Ona görə də seçkilərə getmək, mənim fikrimcə, lazımdır.

Bu gün Azərbaycanın torpaqlarının 20 faizi işğal edilib. Bir milyon qaçqını var. Atəşkəs olsa da müharibə şəraiti davam edir. Belə bir zamanda heç bir vətən oğlu ölkəsini darda qoymaz. Azərbaycanı 5 il ərzində bir insanın idarəsinə vermək özü də bir xidmətdir. Öz vətənimizi, öz torpağımızı kimin idarəsinə vermək istəyirik? Doğru rəhbəri seçə bilmək əslində özü bir xidmətdir. Bunu Azərbaycanın bütün vətəndaşları , xüsusi ilə dindarlar etməlidirlər. Dindarlar bilməlidirlər ki, bu həm dinin hökmüdür, həm də Peyğəmbərin (s) bizə öyrətdiyi “vətəni sevmək imandandır” düşüncəsidir. Bütün mömin bacı və qardaşlarıma tövsiyə edirəm ki, bu seçkilərdə iştirak etsinlər.

Qeyd etdiyiniz çağırışlarla bağlı isə bunu deməliyəm: biz ruhani olaraq siyasi məsələlərə qarışa bilmirik və bu cür insanlara siyasi arenada cavab vermək imkanımız olmur, lakin burada dindən istifadə olunduğu üçün biz öz düşüncəmizi və mövqeyimizi bildirməliyik.

Həqiqətən də zamanında Azərbaycanda dindarların haqqı tapdalananda, məscid problemi və ya hicab məsələsi ortaya çıxanda o adamların səsi heç çıxmırdı. Hətta o cür insanlardan şəxsən tanıdıqlarım var ki, onlar prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı NTV kanalına müsahibəsində Azərbaycanda hicab qadağasının olmadığını bildirdiyi zamanlarda  demokratik qanunların vacibliyini ortaya ataraq hicab əleyhinə mövqe irəli sürürdülər.

Amma nədənsə bir neçə ildən sonra, düz seçki ərəfəsində bu insanların “düşüncələri dəyişdi” və artıq hicab bu insanların bir nömrəli şüarına və bayrağına çevrildi. Həbsdə olan dindarların da şəkillərini əllərində tutub çıxışlar edirlər. Hesab edirəm ki, bunlar yalnız siyasi məqsədlər üçün sui-istifadə olunan hallardır. Din adından sui-istifadə yolverilməzdir. Mən SSRİ zamanında pula görə mollalıq edərək din adından sui-istifadə edənlərlə belə namizədlər arasında heç bir fərq görmürəm. Bu, nə dindarlar tərəfindən, nə də qeyri-dindarlar tərəfindən bəyənilməyən bir addımdır. Bu insanların səmimiyyətini seçkilərdən sonra görə bilərik.

Əsgərov Müşviq Niyaz oğlu. Göyçay Şəhər Mərkəzi Məscidinin İcma sədri.

- İslam dini demokratik dəyərlərə çox yaxın bir dindir. Qurani-Kərimdə də, hədislərdə də bir çox demokratik dəyərlərə böyük önəm verildiyinin hamımız şahidiyik.

Bir azərbaycanlı, bir müsəlman olaraq hər bir Azərbaycan vətəndaşı, üzərində Azərbaycan respublikası vətəndaşlığını təsdiq edən sənəd gəzdirən hər kəs öz hüquqları çərçivəsində demokratik şəraitdə keçirilən seçkilərdə iştirak etməlidir.

Müstəqilliyimizi əldə etdiyimiz ilk günləri və keçmiş sovetlər dönəmi ilə müasir dövrümüzü müqayisə etdikdə dini sahədə nə qədər inkişaf etdiyimizin şahidi ola bilərik. Bunu media və mətbuatda da müşahidə edə bilərik. Media bu məsələyə geniş yer verir. Xüsusi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son zamanlar atdığı addımlar, keçirdiyi maarifləndirici konfranslar və daha geniş layihələrini nəzərdən qaçmamalıyıq. Bakının mədəniyyət mərkəzi və tolerantlıq beşiyi seçilməsi bizim üçün böyük nailiyyətlərdəndir.

Digər İslam ölkələri ilə müqayisədə bizdə məzhəb ayrıseçkiliyi yoxdur. İnsanlar arasında sevgi, hörmət var. Dövlət-din münasibətlərinin tənzimlənməsində bugünkü konfransın çox böyük rolu var. Hətta bu il Qafqaz müsəlmanları İdarəsində keçirilən iftar süfrəsində bütün icma sədrləri Şeyx Həzrətlərinin də iştirakı ilə bir araya gəldilər və dostluq münasibətləri çərçivəsində görüşlər keçirdilər. Bu o deməkdir ki, Azərbaycanda radikalizmə yer yoxdur, vətənimizdə sevgi, qarşılıqlı hörmət və tolerantlıq əsasında bütün dinlər və məzhəblər birgə yaşayır və hüquqları da qorunur.

Hacı Fuad Ələkbərov, Binəqədi İrfan Dini icmasının rəhbəri

- Hər bir insan həyatı boyu ictimai məsələlərdə fəal olmalıdır. Qurani-Kərimdə bir ayədə buyurulduğu kimi “İnsanlar öz talelərini dəyişməyincə, Allah da onların talelərini dəyişməz”.

Dinimizə görə hər bir insan cəmiyyət üçün çox mühüm olan seçki məsələlərində də aktiv olmalıdır və öz seçimini etməlidir, bununla öz ictimai borcunu yerinə yetirməlidir.

Hesab  edirəm ki, qeyd etdiyiniz çağırışlar düzgün yanaşma deyil, çox yanlış münasibətdir. İslam düşüncəsinin əsasları ilə də uzlaşmayan bir mövqedir. Bu gün ölkə rəhbərliyi vəzifəsinə bir neçə namizəd var. Hesab edirəm ki, hər bir müsəlman onların içərisindən seçim etməlidir. Onların şəxsiyyətlərini, fəaliyyətlərini dərindən öyrənməli və onların arasından bəyəndiyinə və xalqa rəhbərlik etmək üçün ən uyğun və münasib gördüyü namizədə səs verməlidir. İslam prinsiplərinə görə də dindar olmasa belə onların arasından İslama ən yaxın olana səs verilməlidir. Ola bilər ki, namizədlər arasından elə birinə səs verilər ki, o insan seçildikdən sonra həqiqətən İslama böyük zərbələr vura bilər. İslamçıların vəzifələri budur ki, namizədlər arasından İslama daha yaxın olanına səs versinlər.

Müsəlmanların əsrlər boyu problemləri bundadır ki, həmişə yalnış təbliğatlara tez uyublar. Tarix boyu müsəlmanların sadəlövhlüyündən istifadə edib onları həlak  ediblər.

Lakin artıq XXI əsrdir, müəslmanlar da artıq ayıqdırlar. Onlar bu kimi təbliğatlara uymurlar. Bilirlər ki, bəzi qüvvələr müsəlmanların rəğbətini qazanmaq üçün yalnız seçkilər zamanı aktivləşirlər və müəyyən şüarlar, müəyyən vədələrlə müsəlmanların səslərini qazanmaq istəyirlər. Buna misal olaraq qeyd etmək istəyirəm ki, deputatlığa namizədliyini irəli sürmüş biri bizim icma ilə görüşündə dedi ki, deputat seçiləcəyi təqdirdə geniş şərait yaradacaq, məscidi təmir etdirəcək və genişləndirəcək: “Ancaq mənə səs verin və mənim xeyrimə təbliğat aparın”. Biz ona bildirdik ki, xeyir iş görmək insanın ürəyindən və qəlbindən gəlməlidir: “Sən əgər həqiqətən də Allahı sevirsənsə və məscidi Allaha xatir genişləndirmək istəyirsənsə, bunu seçkilər zamanı niyə dilə gətirirsən? Sən bunu seçkilərdən əvvəl də edə bilərdin”.

Bu kimi hallar və atılan addımlar sadəcə cəmiyyətin rəyini qazanmaq və seçkilərdə daha çox səs toplamaq üçündür. Buna görə də biz dindarlarımızı bu kimi yalan təbliğatlara inanmamağa və uymamağa çağırırıq.



Yerləşdirilib:3 Oktyabr, 2013  19:51, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com