İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə atası İmam Baqirin (ə) səcdədə bu duanı oxuduğu bildirilir:
Azərbaycan dilində: “Ey çirkinlərdən münəzzəh olan Allahım! Sən mənim həqiqi və doğru Allahımsan. Ya Rəbbim! Bəndəlik və itaətkarlıq edərək sənə səcdə etdim. Ey Allahım! əməllərim zəifdir, onları mənim üçün artır. Ey Allahım! Bəndələrini təkrar diriltdiyin gün (Qiyamət günü) məni əzabından qoru. Ey Allahım! Tövbəmi qəbul et, Sən tövbələri qəbul edən və rəhmlisən.”
Ərəb dilində: (Subhanəkə Allahummə! Əntə rabbi haqqan haqqa, səcəddu ləkə ya Rabbi təabbudən və riqqa, Allahummə innə aməli zaifun fəzaifhu li, Allahummə qini əzabəkə yəvmə tubəsu ibadukə, və tub aləyyə innəkə əntət-Təvvabur-Rahim. )
(əl-Kafi, c. 3. S, 323)