Dəstəmaz zamanı sifəti və qolları neçə dəfə yumaq lazımdır və hansı miqdarda su işlətmək gərəkdir?
Əhli-sünnə məzhəbinə görə, dəstəmazda hər bədən üzvü üç dəfə yuyulur. Amma cəfəri məzhəbində üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəb, üç dəfə və daha artıq yumaq isə batildir. Yumaq niyyətə bağlıdır. Yəni insan bir ovuc su ilə bütün sifətini tam yuya bilmirsə və ya tam yuya bilməyəcəyini güman edirsə, bir dəfə yumaq niyyəti ilə üzünə istədiyi qədər su vura bilər. O zaman bunların hamısı bir dəfə hesab ediləcək.
Dəstəmaz suyunu bol etmək, yəni dəstəmazı bol su ilə, kamil şəkildə almaq müstəhəbdir. Bununla belə, gərək israfa yol verilməsin.