POPULYARXƏBƏRLƏR

Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilmişdir

Bu gün Bakı şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftomoloq alim Zərifə xanım Әliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Regional Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, bu konfransın Azərbaycanın 8 bölgələsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırmışdır.   Komitə sədri Azərbaycan zəvvarlarının, o cümlədən dini icma fəallarının bu gün həcc ziyarətinə yola düşəcəyini vurğulayaraq bütün zəvvarlara uğurlu yol arzulamış ibadətlərinin, o cümlədən dövlətimizin inkişafı naminə edəcəyi duaların qəbul olunmasını diləmişdir.

Konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırmış,  dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi kimi son illərdə dövlət başçısının qayğısı nəticisində ibadət evlərinin təmiri, bərpası və yenidən əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlərdən söhbət açmışdır.

E. İskəndərov ölkəmizdə dinlərarası tolerantlığın yüksək səviyyədə olduğunu bildirmiş və ötən həftə Nyu Yorkda, BMT-nin mənzil qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə "Milli Tolerantlıq Mərkəzinin layihəsi olan "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərginin açılmasını bunun ən yüksək bariz nümunəsi olduğunu qeyd etmişdir.

Dini icmalarla dövlət arasında, həmçinin müxtəlif dinlərə mənsub olan icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmış, bildirmişdir ki, son bir ildə icmaların daha çox sosial layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin etmiş olur.  Dövlət Komitəsinin sədri dini icmaları sosial yönümlü layihələri, o cümlədən müxtəlif problemləri ilə əlaqədar bundan sonra da Dövlət Komitəsi ilə sıx əməkdaşlığının zəruriliyini önə çəkərək bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyini vurğulamışdır.

Respublika Konfransında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov çıxış edərək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və  maliyyə dəstəyi, İKGF-nin təşkilatçılığı ilə “Dini icmaların sosial layihələrinə dəstək proqramı”nın yekunları haqda danışmış, sondaran isə proqramın qalibləri elan olunmuşdur. Onlara layihələrin icrası ilə bağlı sertifikatlar təqdim edilmişdir.  Dini icmaların sosial layihələrə cəlb edilməsi məqsədilə Ramazan ayı ərəfəsində elan edilmiş proqrama  hər biri 5000 manat olmaqla 40-a yaxın layihə təqdim edilmiş, həmin layihələrin 20-si qalib elan edilərək maliyyələşdirilməsi haqda qərar qəbul edilmişdir.

Daha sonra çıxış edən dini icma nümayəndələri ilk növbədə Dövlət Komitəsinə bu təşşəbüsü üçün təşəkkürünü bildirmiş qeyd etmişlər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsini, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi əhəmiyyət kəsb edir.

Respublika konfransı "Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik", "Dini radikalizm və onunla mübarizə üsulları", "İslamda orta yol" panelləri üzrə   “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı”,  “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”,  “Vəhdət naminə məzhəblərarası dialoq”,  “Vətənpərvərlik milli-mənəvi dəyər kimi”, mövzularında məruzələlə davam edib.



Yerləşdirilib:2 Oktyabr, 2013  17:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com