İlahi! Muhəmməd və onun soyuna salavat göndər və işlərimdə yaxşılığa doğru hidayət et, mənə hidayətin doğruluğunu ehsan et, ruzi bolluğu ilə imtahan etmə, həyatda rahatlıq nəsib et, məişət yükümü ağırlaşdırma, duamı üstümə qaytarma, çünki mən Sənə şərik qoşmuram, Səni qoyub hacət əlimi başqasına uzatmıram.
İlahi! Muhəmməd və onun soyuna salavat göndər və məni israfçılıqdan saxla, ruzimi tələf olmaqdan qoru, əlimdə olanlara bərəkət verməklə çoxalt, o maldan xeyir işlərdə sərf etməkdə mənə kömək et.
Ərəbcə: (Allahummə səlli əla Muhəmmədin və Alih, və təvvicni bil-kifayəti və sumni husnəl-vilayəti və həb li sidqəl-hidayəti vəla təftinni bis-siati vəmnihni husnəd-dəati vəla təcəl ayşi kəddən kədda vəla təruddə duai aləyyə rədda, fəinni lə əcəlu ləkə rədda fə inni lə əcəlu ləkə zidda vəla ədu məakə nidda.
Allahummə səlli əla Muhəmmədin və Alih! Vəmnəani minəs-sərfi və həssin rizqi minət-tələfi vəffir milkəti bil-bərakəti fih, və asib bi səbiləl-hidayəti lil-birri fima ənfəqu minh)
(Səhifeyi-Səccadiyyə, 20-ci dua)