POPULYARXƏBƏRLƏR

Azərbaycanın din xadimləri prezident seçkiləri haqqında

Oktyabrın 9-da Azərbaycan üçün əlamətdar hadisə baş verəcək: xalq növbəti 5 il üçün dövlət başçısını seçəcək. Seçkilərə hələ təqribən 10 gün var, amma bəri başdan demək olar ki, dindarlar namizədlər arasında yekdil lider müəyyənləşdirməyiblər. Bəzi qruplar hazırki prezident İlham Əliyev, digərləri Cəmil Həsənli, bir başqaları isə İlyas İsmayılova səs verəcəklərini bəyan edirlər və bu istiqamətdə də təşviqat aparırlar. Bəs yaranmış seçkiqabağı vəziyyəti din xadimlərimiz necə dəyərləndirir?

Hacı Samir Ağayev (“Qasımbəy” məscidinin imam-cüməsi):

- Qurani-Kərimdə ayə var ki, “əmanətləri layiq olduğu şəxslərə qaytarın.” Əmanətin böyüyü, kiçiyi yoxdur. Əmanət dedikdə bütün əmanətlər nəzərdə tutulur. Seçki də ən böyük əmanətlərdən biridir. İnsan öz ölkəsini bir nəfərə beş il müddətində təhvil və əmanət verir ki, dövləti idarə etsin. Əgər seçdiyi insan yaxşı insandırsa, əmanəti layiq olduğu şəxslərə vermişdir və o seçdiyi insan nə qədər yaxşı iş görsə, bu da o məsələdə şərikdir. Əgər əmanəti pis insana təhvil veribsə, o insan nə qəqdər pis əməl icra edərsə, onu seçən də onun günahında şərikdir. Bu İslamın düşüncəsidir. Ona görə də biz də xalqa yaxşıları seçmələrini tövsiyə edirik. Həzrəti-Peyğəmbər (s) də həmişə yaxşıları seçərdi, yaxşı insanlar vali təyin edərdi, sərkərdə seçərdi. İslalmın düşüncəsinə görə seçki azaddır. Xalqın da haqqıdır ki, hər kəs kimi layiq bilirsə, ona səs verə bilər.

Hacı Yusif Bağırov (ilahiyyatçı):

- Hər bir vətəndaşın səsvermə hüququ var və bu hüququna qarşı biganə qalmamalıdır. Istər bu vətəndaş dindar olsun, istərsə də qeyri-dindar olsun Azərbaycanın vətəndaşıdır, nümayəndəsidir, seçicisidir, səsidir.

Seçki ərəfəsində hər bir insan ixtiyar sahibidir və azaddır. Seçkilərdə gedib istədiyi bir namizədə səs verə də bilər. Seçkilər azad və qapalı şəraitdə keçirilir. Seçicilər qapalı otaqda istədiyi namizədi seçir.

Amma kimliyindın asılı olmayaraq bir namizəd seçki qabağı imandan, inanclıların hüquqlarından danışırsa, sual doğur ki, bu məsələlər niyə təkcə seçkiqabağı ortaya atılmalıdır axı?! İnsan özünü dərk edəndən xeyir işlər görməli, şər işlərdən uzaq olmalı və digərlərinə də bunu aşılamalıdır. Niyə bu cür mühüm məsələlər seçkiqabağı qabardılır?

Seçki məsələsində hər bir insanın öz düşüncəsi və ağlı var. Bu məsələdə kimisə də məcbur etmək olmaz ki, hansısa bir namizədə səs ver və ya səs vermə. Hər bir insanın ağlı və düşüncəsi var və hər bir insan ağlı ilə düşünərək addım atmalıdır. Bu məsələdə məcburiyyət yoxdur, ümumiyyətlə dinin əsaslarında məcburiyyət yoxdur. Allah bizə namazı vacib edib. Ancaq Allah bizə kimisə  namaz qılmağa məcbur etməyi demir. Dində məcburiyyət yoxdur. Digər məsələlərdə də təbii ki, məcburiyyət yoxdur. Seçkilərdə də insanlar öz düşüncəsi və ağlına görə hərəkət etməlidirlər.

Hacı Fuad Nurullah (QMİ sədrinin müavini):

- Seçkiyə hər insan azad yanaşmalıdır. Əslində, bu barədə kiməsə məsləhət vermək doğru olmaz. Hər insan öz dünya görüşünə görə istədiyi namizədə səs verməlidir. Bu günlərdə təşkil edilən xüsusi tədbirdə dindarlar bəyanat qəbul ediblər və İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Bu, bəzi inanclılarımızın azad seçimidir. Seçki azaddır və bu məsələdə heç kəs kiminsə yerinə söz danışmamalıdır. Ancaq bizim də fikrimiz digər dindarların fikri ilə eynidir.

Biz bu dövlətdə yaşayırıq və dövlətimizin çiçəklənməsi, gələcəyi üçün əlimizdən gələni etməliyik. Etibarlı bir rəhbərin xidmətində həmişə hazırıq. Biz Azərbaycanda olan inkişafı, tərəqqini görürük. İlham Əliyev cənablarının da bir prezident olaraq çalışıb-vuruşduğunu görürük. Cümə namazlarına getdiyim Şamaxı Cümə məscidini prezident bərpa etdirdi və açılışında da iştirak etdi. Hazırda orada şiə və sünnilər birlikdə vəhdət şəkilində namaz qılır, ibadət edir. Gözümüz açıqdır, görürük ki, bu insan xalqın oğludur, xalq üçün çalışır, əlləşir. Biz də çalışırıq ki, onu dəstəkləyək. 19-cu bəyanatımızda da vurğuladığımız kimi biz də onu dəstəkləsək, gələcək günlərimiz də yaxşı olar, rifah səviyəmiz də artar.

Əlbəttə, İlham Əliyevin dini sahədə göstərdiyi dəstəyinə görə paxıllıq çəkənlər, insanları öyrədib xoşagəlməz düşüncələri onların beyninə yeridənlər var. Bunlara xalq gərək fikir verməsin. Biz dindarlar İlham Əliyevə səs verməyi qərarlaşdırmışıq. Allah özü ona kömək olsun. Allah gələcəyimizi, millətin gələcəyini, dövlətin gələcəyini uğurlu etsin.

Hacı Həsən Rüstəmov (Binə qəsəbəsi, İmam Rza məscidinin axundu):

- Dindarlarımız bundan əvvəl olduğu kimi istədiklərə nazmizədə səs versinlər. Azad səs vermək üçün ölkəmizdə Allaha şükür ki, şərait yaradılıb. Seçkilərə qədər dini dəyərlərə və ya dindarlara hörmət etməyib, seçkiqabağı dindarların adından danışanlar barəsində də demək istərdim. Bəli, bundan əvvəl belə hadisələrin şahidi olmuşduq. Məsələn, biri Quran əlində efirə çıxırdı, ya biri kəfən götürüb çıxırdı. Onların sonrakı çıxışlarına baxdıqda isə tamamilə dediklərinə zidd bir düşüncəyə sahib olduqlarını gördük. Fikirləşdik, yaxşı ki, filankəs o vaxt  prezident seçilmədi. Onlar sadəcə camaatın zəif nöqtəsini tutub özlərinə səs qazanmağa çalışırlar. Amma şükür Allaha ki, camaat ayıqdır, səs verəcəkləri insanları tanıyırlar, fərqləndirə bilirlər və istədikləri namizədə də səs verəcəklər. Bir neçə gün əvvəl namizədlərdən biri həbs edilən dindarların da adını çəkdi. Tək-tək tutulanların adlarını vurğuladı. Onlar yalnız öz siyasi məqsədləri üçün həbs olanların adlarından yararlanırlar. Bəziləri gündəmə gəlmək üçün, xalqın səsini qazanmaq üçün dindən və dindarların adından istifadə edirlər.

Seyid Məmmədrza Hüseynzadə (“Qasımbəy” məscidinin dini icmasının sədri):

- Maaşallah, dindarlarımız ayıqdırlar, dünya görüşləri var. Kimin sözü iləsə oturub-durmağa ehtiyac yoxdur. Kimin prezidentliyə layiqli olmasını hamı bilir. Dindarlarımız demək olar ki, hər bir namizədin fəaliyyətini görüb və nəticə çıxarıb. Hər kəs layiq bildiyi şəxsə səs versin. Heç kim kiməsə səs verməyə məcbur edilmir. Şükür Allaha, elə bir zəmanədə və ölkədə yaşayırıq ki, azad səs vermək hüququmuz var və hər kəs də bundan istifadə etsin.

Hacı Mikayıl Qədimov (Şamaxı Cümə məscidinin imamı, Şamaxı bölgə qazisi):

- Biz həmişə dövlət adamı olmuşuq, dövlət tərəfində olmuşuq. Hələ ki, belə dövlət, belə rəhbər şükür Allaha ki, heç bir zaman olmayıb. Buna görə də biz həmişə dövlətin tərəfindəyik və hər zaman da təbliğat aparırıq ki, layiqli namizədə, xalqa, millətə xeyir verən namizədə, indiki rəhbərimizə, indiki prezidentimizə səs verilsin. Cənab İlham Əliyevin dini abidələrin, məscidlərin tikintisinə və yenidən bərpasına dövlət büdcəsindən külli miqdarda vəsait ayırdığını bilirik və bu bizləri sevindirir. Buna misal olaraq Şamaxı şəhər Cümə məscidinin tikintisini göstərmək olar.  Belə bir rəhbərə hansı dindar qarşı çıxa bilər? Mən də bir dindar, bir ruhani olaraq, qazi, rayonun axundu olaraq İlham Əliyevə səs verməyi qərarlaşdırmışam. Hər zaman dövlətin yanında olmağa davam edəcəyik. Inşaallah, bu seçkilər xalqımıza, millətimizə xeyirli olsun.

Hacı Ramin Rəhimov (Göyçay şəhər “Əbəlfəzl Abbas” məscidinin axundu):

- Biz fəaliyyət göstərdiyimiz rayonda bütün camaatı seçkilərdə iştirak etməyə dəvət edirik. Seçkilərdə hansı namizədə səs verilməsi ilə əlaqədar rayonda bir problem yaşanmır. QMİ sədri, şeyx Allahşükür Paşazadə həzrətləri də buyurub ki, seçkilər azaddır, hər kəsin özünə görə düşüncəsi var və istədiyi adama səs verə bilər. Bu gün özlərini dindarların yanında olan şəxslər kimi göstərən namizədlərə “bir il əvvəl haradaydınız?” sualını vermək lazımdır. Təxminən bir il bundan əvvəl dindarlar hicabla əlaqədar etirazlarını bildirdikdə, haqqlarını tələb etdikdə heç bir müxalifət rəhbəri və ya sadə müxalifətçi onların tərəfini saxlamadı və onları dəstəkləmədi. Bu gün isə seçkiqabağı guya dindarların düşündüklərini, onlara hörmət elədikləri haqqında danışdıqlarını müşahidə edirik. Təbii ki, onlar ancaq öz siyasi məqsədləri üçün bu məsələlərdən istifadə edirlər. Bəllidir ki, dindarların problemləri əslində onlar üçün maraqlı deyil.

Regionda dindarlarımız arasında hansı namizədə səs verməklə bağlı söz-söhbətlər, problemlər olmayıb. Amma biz yenə də istər məsciddə, istərsə yas mərasimlərində və ya başqa məclislərdə insanları seçkilərdə iştirak etməyə və layiq bildikləri namizədə səs vermələrinə təşviq edirik.

islam.az



Yerləşdirilib:30 Sentyabr, 2013  22:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com