Azərbaycan prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu göndərib. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tacqoyma günü münasibətilə öz adından və Azərbaycan xalqı adından XVI Benedikti təbrik edən dövlət başçısı Azərbaycanla Vatikan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının ümumbəşəri dəyərlərin, insanlar arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin bərqərar olmasına töhfələr verəcəyinə əminliyini ifadə edib: "Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali xidmətinizdə uğurlar, həmməzhəblərinizə sülh və rifah diləyirəm".