Evdə su gəlmirsə, namazları təyəmmümlə qılmaq olarmı?
Əgər mənzilə su gəlmirsə, qonşudan bir vedrə su almaq olar. Əgər ümumilikdə binaya su gəlmirsə, ətraf binalardakı qonşulardan su istəmək mümkündür. Həyətlərin demək olar ki hamısında su kranları qoyulur. Bir-iki məhəllə kənara gedib, su gətirmək də çətin iş deyil. Hər dəfə dəstəmaz almaq üçün bir litr su kifayət edər, bir vedrə su ilə 3 gün dəstəmaz almaq olar. İçməyə, xörək bişirməyə və sair ehtiyaclara su tapmağın yolunu biliriksə, bunu dəstəmaz üçün də edə bilərik.