Səcdəyə gedən zaman əvvəlcə əlləri yoxsa dizləri yerə qoymalıyıq?
Səcdəyə gedən zaman kişilərin əvvəlcə ovuclarını, sonra dizlərini yerə qoymaları müstəhəbdir. Hətta bəzi hədislər var ki, Peyğəmbərimiz dəvə kimi səcdəyə getməyi, yəni dizlərini yerə qoyub sonra əyilməyi bəyənilməz iş sayırmış. Səcdədən qalxanda isə əksinə, kişilər əvvəlcə dizlərini, sonra ovuclarını yerdən qaldırsalar daha yaxşıdır. Qadınlarda isə əksinə, müstəhəbdir ki, səcdəyə gedəndə əvvəlcə dizlərini, daha sonra isə ovuclarını yerə dayasınlar. Çünki bu, həm rahatdır, həm də qadın az əyildiyi üçün kənardan baxanda daha həyalı görünür.