Qüsl alan zaman paklıq pozulsa (məsələn, sidik və ya yel çıxmaqla) qüsl doğrudurmu?
Bəzi müctəhidlər bu halda qüslü davam etdirməyi kafi bilirlər, yenidən qüsl almağı vacib saymırlar. Bəzi müctəhidlər isə qüslü yenidən başlamağı məsləhət görürlər. Ehtiyata uyğun olaraq, bu halda qüslü yenidən başlamaq yaxşıdır. Amma hər bir halda bu qüsllə namaz qılmaq və ya paklıq tələb edilən işlərdə bu qüsllə kifayətlənmək olmaz. Hətta cənabət qüslündə də bu hal baş versə, ondan sonra dəstəmaz almaq lazımdır.