Bəzi dini kitablarda “Tövhid surəsi” sözünə rast gəlinir. Bu hansı surədir?
Qurani-kərimin bəzi surələri bir neçə adla tanınır. Məsələn, Fatihə surəsinə əl-Həmd də deyirlər. Ğafir surəsi Mömin adı ilə də tanınır. Quranın 112-ci sırada duran İxlas surəsi bəzi kitablarda Tövhid surəsi kimi tanıtdırılır. Çünki bu surədə Allahın vahidliyindən (tövhiddən) söhbət gedir. İxlas surəsinə Qul huvəllah da deyirlər. Bunun səbəbi surənin həmin sözlərlə başlamasıdır.